“Ermənistan bölgə müharibəsi yaratmaq potensialını göstərdi”

0
41
“Ermənistan bölgə müharibəsi yaratmaq potensialını göstərdi”

“Türkiyə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın yanında oldu. Öz dəstəyini açıq şəkildə ifadə etdi”.

Bu barədə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Ermənistanın Naxçıvana və Azərbaycanın digər sərhəd bölgələrinə etdiyi hücumlar bu ölkənin bölgə müharibəsi başlatmaq potensialı olduğunu və risk faktoru olduğunu göstərdi”, – deyə Mustafa Şentop qeyd edib.