Rusiyada təyyarə sərt eniş etdi – 7 ölü, 13 yaralı

0
85
Rusiyada təyyarə sərt eniş etdi

Rusiyanın Kemerovo vilayətində “L-410” tipli sərnişin təyyarəsi sərt eniş edib.

Hadisə nəticəsində 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Vəfat edənlərdən ikisinin  pilot olduğu açıqlanıb. Bildirilib ki, sərt eniş Promışlennovski rayonunun Juravlevo kəndi ərazisində baş verib.