Kamran Əliyev özünə yeni köməkçi təyin etdi

0
82

Baş prokurora yeni köməkçi təyin olunub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Saleh Hacıyev baş prokurorun köməkçisi təyin edilib.

Təyinatla bağlı məlumatı Baş Prokurorluqdan  təsdiq ediblər.

Qeyd edək ki, bu barədə ilk xəbəri sabah.az saytı yayıb.