Millimizin futbolçusu Çexiya çempionatında dubl etdi

0
295

21 yaşadək millimizin futbolçusu Fərid Nəbiyev Çexiya çempionatında dubl edib.


Onun çıxış etdiyi “Viktoriya” (Jijkov) klubu Çexiyanın I divizionunda “Selye və Bello” komandasını qəbul edib.

Jijkov təmsilçisi 3:1 qalib gəlib. Start həyətdə meydana çıxan Fərid Nəbiyev 20 və 38-ci dəqiqələrdə iki qol vurub. O, 78-ci dəqiqədə fransalı hücumçu Assadillahl Ahamada ilə əvəzlənib.

Qeyd edək ki, ardıcıl üçüncü qələbəsini qazanan “Viktoriya” dördüncü sıraya qalxıb.