Koronavirusdan günlük ölüm sayı 12 mini ötdü – ÜST

0
292
Koronavirusdan günlük ölüm sayı 12 mini ötdü - ÜST

Ötən sutka ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 151,8 milyonu ötüb.

Mayın 2-də dünyada daha 808 min 563 insanda COVID-19 aşkarlanıb, virusa yoluxmuş 12 min 870 nəfər həyatını itirib.

Ötən gün ərzində yoluxma hallarının yarıdan çoxu cənub-şərqi Asiya regionunun payına düşür.

İndiyədək ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerləri Hindistan, Braziliya, Fransa, Türkiyə, Rusiya, Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya, Argentina və Kolumbiya bölüşür.