Xəstəxanaya yerləşdirilən məşhur aparıcıdan vəziyyəti ilə bağlı AÇIQLAMA

0
329
Xəstəxanaya yerləşdirilən məşhur aparıcıdan vəziyyəti ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, aparıcı Leyla Quliyeva koronavirusa yoluxub.

Aparıcı vəziyyətinin kritik olmadığını və FHN-nin modul tipli xəstəxanasına yerləşdirildiyini qeyd edib.

“Narahat olan, zəng edən, axtaran hər kəsə təşəkkürümü bildirirəm. Hamınıza möhkəm can sağlığı arzu edirəm! Banal səslənsə də, şablon kimi qəbul olunsa da, amma həqiqətən ən vacibi can sağlığıdır. Mən də öz canımı və əhatəmdə olan hər kəsin sağlamlığını önəmli saydığım üçün ev şəraitində yox, həkimlərimizin nəzarəti altında müalicə almağı üstün tutdum. Bu boyda post yazdımsa, deməli, vəziyyətim kritik deyil”, – L.Quliyeva bildirib.