ÜST dünyada COVID-19-dan ölənlərin sayının artdığını bildirib

0
60

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID-19 səbəbindən ölüm hallarının artdığını bildirdi.

Bu barədə təşkilatın həftəlik epidemioloji bülletenində məlumat verilib.

Bildirilib ki, son bir həftə ərzində dünyada koronavirusdan ölənlərin sayı 11 faiz artıb – 71 mindən çox insan ölüb.

Eyni zamanda, təşkilat altıncı həftə dalbadal yoluxan insanların sayında artım olduğunu qeyd edir. Son yeddi gün ərzində dörd milyondan çox yeni COVID-19-a yoluxma faktı aşkar edilib.