UEFA AVRO-2020-nin ev sahibi şəhərləri ilə bağlı qərarını açıqladı

0
273

UEFA AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərlə bağlı qərar qəbul edib.

Bu barədə qurumun rəsmi saytında informasiya yerləşdirilib.

Qərara əsasən, Bilbao və Dublin şəhərlərində qarşılaşmaların keçirilməyəcəyi bəlli olub.

Bilbaonu Sevilya əvəzləyib, Dublindəki qarşılaşmalar isə Sankt-Peterburq və Londona verilib.