Vaşinqton S-400-lərə görə Türkiyənin Pakistana helikopter satmasına əngəl olub

0
29

“Vaşinqton Türkiyənin 30 ədəd ATAK helikopterinin Pakistana çatdırılmasına əngəl olub”.

Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Bloomberg” agentliyinə müsahibəsində ABŞ-ın Rusiya istehsalı S-400 zenit raket komplekslərinin alınmasına görə Ankaraya tətbiq etdiyi sanksiyaların nəticəsindən danışarkən bildirib.

“Bu, ehtimal ki, sözügedən tenderin Çinə getməsinə səbəb olacaq və burada uduzan ABŞ olacaq”, – deyə İ.Kalın bildirib.

Türkiyə prezidentinin sözçüsü bildirib ki, ABŞ-ın “Patriot” hərbi hava hücumundan müdafiə (HHM) sistemlərinin Türkiyəyə tədarükündən imtina etməsi səbəbi ilə Ankara S-400 almağa qərar verib. Eyni zamanda Fransa da Türkiyənin Suriyadakı fəaliyyətləri səbəbi ilə “Eurosam” Fransa-İtalya konserninin hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı bu ölkə ilə danışıqları dayandırıb.