Ukraynalı həkim: “Peyvənd bizim immun sistemimizi virusla “müharibə”yə hazırlamaq üçün lazımdır”

0
24

“Peyvənd bizim immun sistemimizi “təlim” döyüşləri yolu ilə “müharibə”yə hazırlamaq üçün lazımdır. Bizim immun hüceyrələrimiz – müdafiə ordumuzdur. Bu zaman onlar əsl düşmənlə qarşılaşanda onu taniya bilirlər. Ancaq virus yenidən modifikasiya edir və “əbədi mübarizə” davam edir”.

Bu sözləri ukraynalı siyasətçi və dövlət xadimi, Ukraynanın əməkdar həkimi, tibb elmləri doktoru Olqa Boqomolets müsahibəsində bildirib.

“Hər bir ölkə yeni təhlükə ilə mübarizə üçün öz metodologiyasını hazırlamalıdır, biz yeni eraya qədəm qoymuşuq. Koronavirus bütövlükdə hər zaman məsafə saxlamağa, qucaqlaşmamağa məcbur olacağımız, ancaq bununla belə ailə qayğısını qiymətləndirəcəyimiz gələcək sivilizasiya dövründən əvvəlki böyük təlimdir. İstədiyiniz zaman hər hansı bir insanın istədiyi nöqtəyə gedə biləcəyi dünyada sərhədlərin olmaması hissini itirə bilərik. Ancaq ailəmizlə, sevdiyimiz insanlarla daha çox vaxt keçirəcəyik və artıq buna başlamışıq. Artıq yaşlı nəsillərə daha çox qayğı göstərməyə başlamışıq, uşaqları bir qədər fərqli tərbiyə edirik. Səhiyyə sisteminə diqqət yetirdik, bunun bir çox ölkədə olduğu kimi təkcə kommersiya və pul qazanmağın bir yolu olmadığını, ilk növbədə ölkənin təhlükəsizliyinə görə məsuliyyət daşıyan ordu, polis kimi strateji bir istiqamət olduğunu başa düşdük.

Vaksinasiya məsələsinə qayıdaraq qeyd edim ki, bu yalnız sağlamlıq və tibb sahəsi ilə bağlı deyil, söhbət hər bir ölkənin ümumi və ümumiyyətlə dünyanın təhlükəsizliyindən gedir.