“Twitter”də yeni funksiya tətbiq ediləcək – VİDEO

0
50

Populyar sosial şəbəkələrdən biri olan “Twitter” istifadəçilərini yeni “düymə” ilə sevindirməyə hazırlaşır.

Hazırda şəbəkənin servis komandası tərəfindən “undo” funksiyası sınaqdan keçirilir. Sözügedən funksiya atılan tvitlərin bir neçə saniyə sonra geri alınmasına imkan verəcək. Bu, tvitdə hər hansı bir səhv olduğu zaman onun yenidən pozularaq yazılması ehtiyacını aradan qaldıracaq.  

Yeniliyin nə zaman istifadəyə veriləcəyi, hələ ki, açıqlanmır.