Türkiyədə dəhşətli HELİKOPTER QƏZASI: 10 yaxın ölən var

0
40

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

Bildirilib ki, Türkiyə Quru Qoşunlarına məxsus “Cougar” tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirirmiş.

Faktla bağlı araşdırma aparılır.