Tərtərlilərin 30 il sonra bayram sevinci – VİDEO

0
52

Tərtər sakinləri Od çərşənbəsini qeyd edib.

Vaxtı ilə düşmənlə təmas xəttinə ən yaxın ərazidə yerləşən rayonun Borsunlu kənd sakinləri 30 ilə yaxındır ki bayram tonqalı qalaya bilmirdi.

Sakinlər bildirir ki, kənd ərazisində tüstü görən kimi erməni silahlı qüvvələri həmin istiqaməti atəşə tuturdu. İndi isə kənd sakinləri istənilən yerdə tonqallarını rahat şəkildə qalayırlar.

Kənddə hər kəs yüksək əhval-ruhiyə ilə Novruz bayramına hazırlaşır.