Suriyada dəhşətli partlayış: 18 nəfər öldü

0
31

Suriyanın Həma əyalətində yol kənarına basdırılmış iki minanın partlaması nəticəsində ən azı 18 nəfər ölüb, 3-ü isə yaralanıb.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Qeyd edək ki, terror aktı əs-Salamiyə şəhəri yaxınlığındakı Vadi əl-Əzib rayonunda baş verib.