Qida əlavələri ilə bağlı gömrük orqanlarında… – Mehdiyev

0
84

Qida əlavələri ilə bağlı gömrük orqanlarında çox ciddi tədbirlər görülüb.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, qida əlavələri ilə bağlı fiziki şəxslərə iki təklif olunub: “Ya qida əlavələrini gömrük orqanlarına bəyan etdikdən sonra qiyməti endirib vətəndaşa normal təqdim edilməlidir, ya da əgər qiymət doğrudursa, məhsulun qiymətini 50-100% artırıb sata bilərlər. 600% qiymət əlavə etmək doğru deyil. Bununla bağlı araşdırmalar aparılır, dünya birjalarından qiymətlər təqdim olunur. Dərman vasitələrinin təqdim olunması daha asan oldu. Şirkətlər bəzi dərmanların qiymətini aşağı salıb, yaxud real qiymətinə təqdim etdilər. Biz çalışırıq ki, sahibkarlar satılan məhsulu düzgün bəyan etsinlər”.