Nikol Bakıdan icazəsiz Qarabağa gedə bilməz – Sərkisyan

0
47

Azərbaycan torpaqları işğalda olarkən Şuşa şəhərinin “meri” olmuş Artsvik Sərkisyan Ermənistan mətbuatına diqqətçəkən açıqlama verib.

Sərkisyan ölkə rəhbərliyinin hələ də Qarabağa gedə bilməməsindən gileylənib. O, jurnalistin “Paşinyan Qarabağa niyə gedə bilmir” sualına cavab olaraq, Azərbaycanın buna icazə və imkan vermədiyini deyib:

“Qarabağa baş nazir özü gəlmirsə, arvadı gəlsin. Yalnız bir şeyi düşünürəm ki, bəlkə də Paşinyanın Qarabağa getməsinə və oradakı vəziyyətin nə yerdə olduğunu görməsinə icazə verməyəcəklər”