“Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

0
29

“Microsoft” şirkətinin proqram təminatındakı qüsurlar səbəbindən dünya üzrə 60 mindən çox şirkətin məlumatlar bazasına kiberhücumlar qeydə alınıb.

Kiberhücumlar başlıca olaraq kiçik və orta sahibkarlıq subyektlərinə qarşı həyata keçirilib.

Kibertəhlükəsizlik üzrə ixtisaslaşan “Huntress” şirkətindən bildirilib ki, hakerlər bankların, elektrik enerjisi paylayıcılarının, qocalar evlərinin və dondurma şirkətinin kompüter sistemlərinə daxil olmağa cəhd göstəriblər. Onlara bu imkanı verən isə “Microsoft” proqram təminatındakı “zəif yerlər” olub.

Qeyd edək ki, artıq “Microsoft” şirkəti də öz xətasını etiraf edib.

Kiberhücumlarda Rusiya və Çin hakerləri şübhəli bilinir.

Ekspertlər yaxın zamanlarda proqram təminatındakı xətaların aradan qaldırılmayacağı təqdirdə, onların kiberfəlakətə yol aça biləcəyini qeyd ediblər.