İstanbulda Xocalı soyqırımına həsr edilmiş FOTOSƏRGİ

0
48

Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş fotosərgi təqdim edilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında qeyd edilib.

“Bəyoğlu Bələdiyyəsinin koordinasiyası ilə Harbiye Ordu Evi Müdirliyində 29-cu ilində Xocalı qətliamını əks etdirən foto sərgi açıldı. Sözügedən sərgini 6 mart 2021-ci il tarixinədək ziyarət etmək mümkündür. Xocalıda şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləyirik”, – deyə paylaşımda bildirilir.