İspaniyadan yenilik: Portağaldan elektrik enerjisi alınacaq – FOTO

0
87

İspaniya şirkəti “Emasesa” portağaldan elektrik enerjisi alınması layihəsinə başlayıb.

Məsələ burasındadır ki, Sevilya küçələrində 50 min portağal ağacı var. Ancaq onların meyvələri acıdır və itkiyə gedir.

Yerli şirkət də bu səbəbdən belə bir layihəyə başlayıb.

Şirkətin nümayəndəsi İspaniya üçün analoqu olmayan layihənin təfərrüatlarından danışıb. Onun sözlərinə görə, portağallar əziləcək, şirədən alınan şəkərdən yüksək metan tərkibli qaz alınacaq. Ondan isə enerji istehsalı üçün istifadə ediləcək.