İrəvanda hərbçilər prezidenti tələb edir: Sarkisyan gəlməsə…- VİDEO (YENİLƏNDİ)

0
27

Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisi Onik Qasparyanı dəstəkləyən mitinq iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edərək prezident Armen Sarkisyanla görüşmək üçün avtombil karvanı ilə İrəvanın Baqramyan prospektinə irəliləyib.

Ermənistan Hüquqşünaslar Palatasının sədri Ara Zohrabyan prezidentin onlarla görüşməyəcəyi təqdirdə, iqamətgahına gedəcəklərini açıqlayıb: “Prezidentimizi Ermənistan baş Naziri Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisini vəzifəsindən azad etmə qərarını konstitusiyaya zidd olaraq tanıma tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyə çağırırıq”.

Onun sözlərinə görə, etirazçılar prezidentdən konstitusiya borcunu yerinə yetirməsini tələb edir. Sarkisyan görüşməkdən imtina edərsə, prezidentin qorxusunun səbəbini öyrənməyə çalışacaqlar.

***

14:37

Ermənistanda Müdafiə Nazirliyinin binası qarşısında keçmiş hərbçilər etiraz aksiyası keçirirlər.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyana dəstək məqsədilə keşirilən aksiyada keçmiş hərbçilər bütün həmkarlarını, ordunu və müharibə veteranlarını mitinqdə iştiraka çağırıblar.

Hazırda mitinq davam edir.