İNK rəhbəri Mehriban Əliyevanı təbrik etdi

0
34

Hörmətli Mehriban xanım!

Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olmaqla ölkəmizin ictimai və siyasi həyatındakı uğurlu fəaliyyətiniz, dövlətçiliyimiz və xalqımızın rifahı naminə gördüyünüz işlər və xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Hərtərəfli parlaq fəaliyyətinız, xeyirxahlıq missiyanız, mədəniyyətimizin bütün dünyada təbliği sayəsində gördüyünüz işlər əsl örnəkdir və Azərbaycan qadınının yüksək potensialının ən möhtəşəm təzahürüdür.

Sizi Yap sədrinin I müavini postuna təyin edilməniz münasibəti ilə ürəkdən təbrik edirik.
Uzun illər ərzində çoxşaxəli fəaliyyətiniz müstəqil Azərbaycanın tərəqqisində əvəzedilməz tövfədir. Sizə Azərbaycan dövlətçiliyinin möhkəmlədirilməsinə, milli maraqların qorunmasına, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsinə hədəflənmiş bu məsuliyyətli və şərəfli vəzifənizin həyata keçirilməsində uğurlar arzulayırıq.

İctimai Nəzarət Koalisiyasının sədri,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I Vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri

Rasim Məmmədov