İdarə müdirindən məktəblərin bağlanması ilə bağlı iddialara CAVAB

0
32

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəblərin bağlanması ilə bağlı iddialara münasibət bildirib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, məktəblərin bağlanması qərarını biz vermirik:

“Bu koronavirusa yoluxma sayından asılı ola biləcək bir məsələdir”.

O qeyd edib ki, hər kəs karantin qaydalarına riayət etməlidir:

“Karantin rejiminin müvəqqəti qaydaları var. Təhsil müəssisələrində tədris prosesi bu qaydalara uyğun olaraq təşkil olunur. Mütəmadi olaraq monitorinqlər keçirilir, demək olar ki, qaydalara tam şəkildə riayət edilir”.