Gürcüstanda ali təhsil alan azərbaycanlıların sayı AÇIQLANDI

0
24

Gürcüstanın universitetlərində 901 Azərbaycan vətəndaşı təhsil alır.

Bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin 2020-2021-ci illərə aid hesabatında deyilir.

Sənəddə bildirilir ki, onlardan 402 nəfəri dövlət universitetlərinin tələbəsidir, 499 nəfər isə özəl universitetlərdə təhsil alır.

Qeyd olunur ki, 2019-2020-ci tədris ili ilə müqayisədə Gürcüstan universitetlərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 443 nəfər azalıb.

Gürcüstan vətəndaşlarından cari tədris ilində Azərbaycanda ali təhsil alanın olmadığı bildirilir.