DİN-dən şou əhlinin restoranlarda karantin qaydalarını pozması ilə bağlı AÇIQLAMA

0
36

Ötən gün Bakıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir neçə restoranda əyləncə gecəsi təşkil edilib və karantin qaydaları kobud şəkildə pozulub.

Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə bir çox məşhurlar iştirak edib.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  bildirib ki, yayılan görüntülər barədə araşdırma aparılacaq:

“Görüntülərin nə zaman qeydə alındığı dəqiq deyil. Bəlkə həmin videolar köhnədir? Yayılan videogörüntülər barədə araşdırma aparacağıq”.

Qeyd edək ki, fərqli məkanlarda karantin qaydalarını pozanlar arasında – Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev, müğənni Səidə və digər məşhurlar var.