Devid Bekhem Ronaldunu öz klubuna transfer etmək istəyir

0
27

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu Devid Bekhemə məxsus “İnter Mayami” klubuna keçə bilər.

“İnter Mayami” klubu futbolçunun Turindəki gələcəyi ilə bağlı qeyri-müəyyənlikdən istifadə etmək istəyir. Belə ki, Ronaldunun “Yuventus”la müqaviləsi 2022-ci ildə başa çatır, lakin hələlik tərəflər müqavilə müddətinin uzadılması məsələsinə aydınlıq gətirə bilməyiblər.

Bundan əlavə Devid Bekhemin 36 yaşlı futbolçunu ABŞ-a gəlməyə şəxsən razı salacağına əmin olduğu qeyd olunur