Daha bir cüdoçumuz Böyük Dəbilqə turnirində medal qazandı

0
30

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Böyük Dəbilqədə turnirində cüdoçularımız daha bir medal qazanıb.

Məmmədəli Mehdiyev də bürünc medal qazanıb. 

90 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə özbəkistanlı Şerməhəmməd Jandreyevi məğlubiyyətə uğradıb.

Bu, Azərbaycanın Böyük Dəbilqədə ikinci medalı olub.

Qeyd edək ki, martın 6-da Rüstəm Orucov (73 kq) da bürünc medal qazanmışdı.