Bakıda yanğın: Xəsarət alan var

0
279

Bakıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 60 kvadratmetr olan taxta konstruksiyadan ibarət köməkçi tikili və yaxınlıqda üç ədəd şam ağacı yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.