Bakıda küçəyə atılmış uşaq tapılıb – FOTO

0
315

Bakıda küçədə azyaşlı uşaq tapılıb.

Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Xətai rayonunda polis əməkdaşları təxminən dörd yaşlı qız aşkarlayıb:

“Uşaq sığınacağımıza gətirib. O, polislərə adının Nərgiz olduğunu deyib. Bildirib ki, onu anası küçədə qoyub və maşına minərək gedib”.