Bakıda güclü külək məktəbin damını uçurdu – FOTO

0
308

Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

Bu barədə  Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilir ki, hadisə ilə əlaqədar mütəxəssislər məktəbdə olub, ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra müvafiq rəy veriləcək.

İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.