Bakıda ərzaq mağazası və ayaqqabı sexi yandı

0
289

Bakıda ərzaq mağazası və ayaqqabı istehsalı sexində yanğın olub.

Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan ərzaq mağazasının lambirindən ibarət tavanı və içərisindəki mallar, 1 ədəd kondisioner, 1 ədəd soyuducu qismən yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bakının Xəzər rayonunda ümumi sahəsi 40 m² olan ayaqqabı istehsalı sexinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki mallar 15 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.