Bakı və Yevlaxda KOB evlərinin yaradılması üzrə işlər gedir – AÇIQLAMA

0
39

“Ötən il ərzində KOB sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsində iştirak çərçivəsində KOBİA-nın təşəbbüsü ilə 7 normativ hüquqi sənəd layihəsi hazırlanıb. Onlardan ikisi artıq qəbul olunub. Müxtəlif istiqamətlər üzrə isə 86 normativ sənəd layihəsinə münasibət bildirilib”.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə deyib:

“Ötən il ərzində 3 187 vətəndaşdan müraciət daxil olub. Onlardan 890-ı KOB maraqlarının müdafiəsi ilə bağlı olub. Bu müraciətlərin 28 faizi dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 54 faizi qanunvericiliyin tələbləri izah olunmaqla tövsiyələr verilib, 11 faizi isə aidiyyəti üzrə yönləndirilib. 

25 KOB dostu mərkəzi yaradılıb ki, dördü 2020-ci ildə yaranıb. Bu şəbəkənin genişləndirilməsi üzrə layihələr davam etdiriləcək. 

2020-ci ilin fevral ayında Xaçmaz KOB evi fəaliyyətə başlayıb. Xaçmaz KOB evində 20 759 xidmət göstərilib. Onlardan 95 faizi G2B (dövlət-biznes) üzrə, 5 faizi isə B2B (biznes-biznes) üzrə göstərilib.

Yaxın günlərdə isə Yevlax KOB evinin, eləcə də Bakı KOB evinin yaradılması üzrə işlər gedir”.