“Bakcell Arena”da işıqlar söndü, “Neftçi” – “Sabah” matçı dayandırıldı

0
31

Azərbaycan Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sabah” matçında xoşagəlməz hadisə baş verib.

Oyun ilk hissə davam edərkən yarımçıq dayandırılıb.

Buna səbəb oyunun keçirildiyi “Bakcell Arena”da işıqlar sönməsidir.

Projektorlardakı problem səbəbindən qarşılaşma 28-ci dəqiqədə dayandırılıb.