“Azərpoçt” MMC-yə yeni direktor təyin olundu – FOTO

0
26

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib. 

Martın 2-dən etibarən şirkətin baş direktoru vəzifəsinə Əfqan Cəlilov təyin olunub. O bu vaxta qədər baş direktorun müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bu təyinata qədər “Azərpoçt” MMC-yə Emin Əfəndiyev rəhbərlik edib.

Xatırladaq ki, Ə.Cəlilov 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsinə daxil olub. 1999-cu ildə bakalavr dərəcəsini alıb, magistraturaya daxil olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət və qiymətin əmələ gəlməsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirib.

2002-2005-ci illərdə Milli Bankın Bazar Əməliyyatları departamentində çalışıb. 2005-2013-cü illərdə “AGBank” Açıq Səhmdar Cəmiyyətinin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə Nəzarəti üzrə Baş direktor vəzifəsində çalışıb. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib.