Azərbaycanda neçə nəfər peyvənd olunub? – RƏSMİ

0
319

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı açıqlanıb. 

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Bildirilib ki, martın 5-i ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı  27 073 nəfər vaksinasiya olunub. 

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib. 

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.