Anar Kərimov Fahrettin Altunla görüşdü

0
24

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov qardaş ölkəyə səfəri çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altunla görüşüb.

Bu barədə Fahrettin Altun “Twitter” hesabında paylaşım edib.

“Bu gün Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovla görüşərək Türkiyə ilə Azərbaycan arasında media, kommunikasiya və ictimai diplomatiya sahəsində həyata keçirəcəyimiz əməkdaşlıqlar haqqında faydalı bir müzakirə imkanı tapdıq. Anar Kərimova ziyarəti üçün təşəkkür edirəm”, – deyə F.Altun bildirib.