Ərdoğandan Türkiyə ordusu ilə bağlı KRİTİK ANONS

0
32

Bu gün pilotsuz uçuş aparatları üzrə dünyanın ən yaxşı 3-4 ölkəsindən biriyik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mavi Vətən 2021 Taktiki Təlimləri” ilə bağlı çıxış edən Ərdoğan bu il daha güclü, genişmiqyaslı və təşkilatlanmış şəkildə keçiriləcək təlimlərdə yerli və milli silah sistemlərini sınaqdan keçirəcəklərinin anonsunu verib.

Qeyd edək ki, “Mavi Vətən 2021 Taktiki Təlimləri” 25 fevralda başlayıb. Təlimlər 7 martda başa çatacaq.