Türkiyədən Ermənistanla bağlı açıqlama

0
62

Ermənistandakı dövlət çevrilişi cəhdini qınayırıq. Dövlət çevrilişləri hər zaman demokratik prosesləri zədələyir və xaosa səbəb olur.

Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.

“Ermənistanda vəziyyətin tezliklə normalaşmasını arzulayırıq”, – o vurğulayıb.

Qeyd edək ki, Ermənistan Baş Qərargah rəisi də daxil olmaqla, 40-dan çox yüksək çinli zabit Paşinyanın istefasını tələb edən bəyanat yaymışdı. Ardınca Paşinyan tərəfdarlarına çağırış edərək meydanlara səsləmişdi.