Türkiyədə şiddətli yanğın: İstanbul – Bursa yolu bağlandı – FOTO/VİDEO

0
42

Türkiyənin Bursa şəhərində, Osmanqazi ilçəsinin Yeni Yalova küçəsində böyük yanğın baş verib.

Hadisə nəticəsində havaya qalxan tüstü yaxınlıqdakı avtomobillərin hərəkətinə əngəl törədib. Məhz bu səbəbdən ölkənin magistral yollarından biri – İstanbul-Bursa avtomagistralında hərəkət məhdudlaşdırılıb.

Hadisənin baş vermə səbəbləri hələ ki məlum deyil. Ərazidə yanğınsöndürmə briqadaları çalışır.