Türkiyədə dəhşətli “pişik koronavirusu” yayılır

0
72

Türkiyədə insana keçməyən, yoluxucu “pişik koronavirusu” kimi tanınan Pişik İnfeksion Peritoniti (FIP) aşkarlanıb.

Xəstəlik Eskişehirdə küçə pişiklərində müəyyən edilib.

Müalicə olunmayan sözügedən xəstəlik səbəbindən epidemiya narahatlığı yaşanır. Heyvan sığınacaqlarında və xüsusi klinikalarda karantin otaqları hazırlanıb.

Baytar həkim Turqay Cinkaya bildirib ki, bu ölümcül xəstəliyin yayılmasının qarşısını almaq üçün xəstələnən və xəstələndiyindən şübhələnilən küçə pişikləri karantinə alınmalı və onların sağlam pişiklərlə təmasları kəsilməlidir.

Simptomları inkişaf mərhələsindəki pişiklərdə inkişafdan qalma, çəkinin azalması, əsəb və koordinasiya pozuntuları, yüksək temperatur olan bu yolxucu xəstəliyin 10 gündə pişikləri öldürdüyü bildirilir.

Veterinar qeyd edib ki, virusun insanlara keçməsi müşahidə olunmasa da, belə bir ehtimal var.

O, evlərində pişik saxlayanlara tövsiyə edib ki, ev heyvanlarını küçə pişikləri ilə təmasdan çəkindirsinlər.