Türkiyə-Pakistan birgə hərbi təlimləri başlayır

0
53

Türkiyə Müdafiə Nazirliyi Pakistanda keçiriləcək “Atatürk təlimləri 2021”də iştirak etmək üçün türk hərbçilərinin bu ölkəyə yola düşdüyünü açıqlayıb.

Nazrilikdən verilən açıqlamada həmçinin, hərbi təlimlərin 4-20 fevral aralığında keçiriləcəyi və iki ölkənin silahlı qüvvələri arasında birgə fəaliyyətin inkişafı məqsədi daşıdığı qeyd olunub.

Məlumat üçün bildirək ki, Türkiyə-Pakistan xüsusi təyinatlı qüvvələrinin ortaq təlimləri 1988-ci ildən etibarən mütəmadi qaydada keçirilir. Təlimlər Türkiyədə təşkil olunduqda “Cinnah təlimləri”, Pakistanda keçirildikdə isə “Atatürk təlimləri” adlandırılır.