Türkiyə kəşfiyyatı İraqda xüsusi əməliyyat keçirdi

0
57

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) İraqda keçirilən xüsusi əməliyyatı nəticəsində PKK terror qruplaşmasının kəşfiyyat və maliyyə işlərinə rəhbərlik edən üç terrorçu zərərsizləşdirilib.

MİT-ə daxil olan məlumata əsasən sözügedən terrorçuların İraqın Metina bölgəsində gizli iclas keçirəcəyi müəyyən edilib. Türkiyə kəşfiyyatı tərəfindən terrorçuların izlənilməsinə başlanılıb. Bu gün keçirilən əməliyyatla isə hər üç terrorçu zərərsizləşdirilib.