Tatlısəs məhkəməyə verildi – 21 min tələb edilir

0
147

İbrahim Tatlısəs məhkəməyə verilib.

Tatlısəsi şair və yazıçı Necdet Rüştü Efenin qızı Şirin Nisan Dengiz məhkəməyə verib.

Dengizin iddiasına görə, atasına aid “Batan gün kana benziyor” adlı əsər Tatlısəsin “Yağmurla gelen kadın” albomunda icazəsiz istifadə edilib.

Yazıçının qızı “imperator”dan 21 min lirə (5 min 100 manat) tələb edib.

Dengizin vəkili bildirib ki, tərəflər arasında danışıqlar olsa da, onlar razılığa gəlməyib