Sumqayıtda kifayət qədər çatışmazlıq mövcuddur – Nazirlik

0
91

Dəymiş ziyan mövcud qanunvericiliyə uyğun olaraq hesablanır. Ötən il ətraf mühitə dəymiş ziyanla bağlı 4,5 milyon manat həcmində iddia qaldırılıb. Qeyd edilən məbləğdən 3,1 milyon manatdan artıq vəsait ödənilib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda deyib.

H.Əlizadənin sözlərinə görə, bəzi işlər olur ki, iddialar qaldırılır və bunlar məhkəmələrə, icra şöbələrinə göndərilir: “Məsələyə baxılması və məhkəmənin qərar çıxarması ilə bağlı da müəyyən müddət tələb olunur”.

Nazirlik rəsmisi Sumqayıt şəhərinin məişət tullantıları poliqonunun dəfələrlə cərimələndiyini də qeyd edib. Bildirib ki, hazırda orada yeni məişət tullantıları poliqonunun tikilib istifadəyə verilməsi istiqamətində işlər gedir:

“Sumqayıt məişət tullantıları poliqonunda kifayət qədər çatışmazlıq mövcuddur. Bu çatışmazlığı yaradan həmin şəxsləri, əraziyə cavabdeh olanları cərimələmək və məcburi göstəriş vermək məcburiyyətində qalırıq. Biz də hər şeyin yaxşı olmasını arzulayırıq. Çünki Sumqayıt əhəmiyyətli və böyük istehsalat şəhəridir. İnanırıq ki, tezliklə problemlər aradan qaldırılacaq və orada işlər bitəcək”