Şirniyyat evində nöqsanlar aşkarlandı – FOTO

0
36

Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən “Qızıl Qaya 2017” MMC-yə məxsus “Tural” şirniyyat evində yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilən məlumata əsasən, yoxlama zamanı qida məhsullarının istehsalı, daşınması, saxlanması, qablaşdırılması, etiketləşdirilməsi və satışı sahəsində normativ texniki sənədlərin tələblərinə əməl olunmadığı aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Bildirilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.