Sabahdan ATU-nun klinikası fəaliyyətini bərpa edir – RƏSMİ + YENİLƏNİB

0
36

Azərbaycan Tibb Universiteti (ATU) fevralın 10-dan Tədris-Terapevtik Klinikasının fəaliyyətinin bərpa edilməsi xəbərini təsdiqləyib. 

Bu barədə açıqlamasında ATU-nun Mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib:

“Sabahdan ATU-nun Tədris-Terapevtik Klinikası öz fəaliyyətini bərpa edir və fevral ayının 15-dən etibarən də dərslərə start veriləcək”.

14:15

Sabahdan Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikası normal fəaliyyətini bərpa edir.

Bir müddətdir koronavirusla mübarizə çərçivəsində pandemik xəstəxana kimi fəaliyyət göstərən Tədris-Terapevtik Klinikasının radiologiya şöbəsi, rentgen kabineti də sabahdan hər zaman olduğu kimi xəstələrin qəbulunu, müayinəsini həyata keçirəcək.

Xatırladaq ki, ATU-nun Tədris-Terapevtik Klinikası pandemiyanın ilk dövrlərindən koronavirusa yoluxan xəstələrin müalicəsi üçün ayrılmışdı.