Şəhid polkovnik-leytenant dəfn edildi – YENİLƏNİB + FOTO

0
51

Azərbaycan Ordusunun Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlu dəfn edilib.

Y.Sadıqov Bakıda yerləşən II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri, generalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.