Rusiyada uşaqların tədris məqsədilə smartfondan istifadəsi qadağan olundu

0
266

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti (Rospotrebnadzor) uşaqların tədris məqsədləri ilə smartfonlardan istifadəsini qadağan edib.

Qurumdan verilən məlumata görə, qadağa planşet və noutbuklara şamil olunmur.

Statistikaya əsasən, uşaqların 80%-i tədris prosesində məhz smartfonlardan istifadə edir. Bu cihazların kiçiölçülü ekranları isə azyaşlılarda görmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Eskpertlər uşaqlar üçün münasib olan ekran diaqonalının ən azı 12 düym (30 sm) olmasını bildiriblər.

Rospotrebnadzordan verilən açıqlamada bildirilib ki, uşaqların valideynləri ilə əlaqə üçün məktəbə smartfonla gəlmələrinə izacə verilir. Lakin tədris prosesində bu cihazlardan istifadə qadağandır.