Rusiya və Türkiyə kosmik səhədə əməkdaşlıq edəcək

0
42

Rusiya və Türkiyə kosmik sahədə əməkdaşlığın inkişafı üçün ikitərəfli hökumətlərarası müqavilənin hazırlanması üzərində fəal işləyirlər.

“Hazırda ölkələr arasında kosmik fəaliyyət sahəsində əməkdaşlığın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradacaq ikitərəfli hökumətlərarası çərçivə sənədinin hazırlanması üçün fəal iş aparılır”, – deyə “Roskosmos”dan bildiriblər.

Qeyd edək ki, Türkiyə Azərbaycan və Pakistanla da kosmik sahədə əməkdaşlığa hazırlaşır.