Rusiya – Gürcüstan sərhədində 400-ə yaxın yük avtomobili növbə gözləyir

0
52

Rusiyanın Gürcüstanla sərhədində 400-ə yaxın yük avtomobilindən ibarət uzun növbə əmələ gəlib.

Növbənin yaranmasına səbəb yolun çərşənbə axşamından etibarən bağlı olmasıdır.

“Hazırda nəzarət buraxılış məntəqəsinə aparan yolda 370 yük avtomobili növbə gözləyir”, – deyə Rusiya FHN-in Şimali Osetiya Baş İdarəsindən bildirilib.

Qeyd edək ki, adıçəkilən yolda nəqliyyatın hərəkətinin dayandırılması Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədardır.