PSJ yenə öz meydanında uduzdu

0
48

PSJ Fransa çempionatının növbəti turunda yenidən məğlubiyyətlə üzləşib.

Liqa 1 çərçivəsində keçirilən matçda paytaxt təmsilçisi öz meydanlarında “Loryan”a məğlub olub.

Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Maraqlıdır ki, PSJ-nin hər iki qolunu Neymar penalti zərbəsindən vurub. Lakin braziliyalının səyləri doğma klubunu məğlubiyyətdən xilas etmək üçün yetərli olmayıb.

Qeyd edək ki, bu, Paris klubunun cari mövsümdə artıq 5-ci məğlubiyyətidir.

Hazırda PSJ Fransa çempionatında ikinci yerdə gedir və lider “Lion”dan cəmi bir xal geri qalır.

Xatırladaq ki, klub 2011-ci ildə Qətərin “Qatar Sports Investments” fondu tərəfindən satın alınıb.